gecə həyatı və əyləncə

Gecələri rəngarəng, unudulmaz və şən keçirmək üçün Bakıda onlarla fərqli və hər zövqə uyğun məkan fəaliyyət göstərir. Bu məkanlarda doyunca rəqs edə, müxtəlif janrlarda musiqilər dinləyə, dadlı təamlardan və içkilərdən zövq ala bilərsiniz.

gecə həyatıvə əyləncə

gecə həyatıvə əyləncə

gecə həyatıvə əyləncə

Göstər:
gecə həyatı | və əyləncə

Hard Rock Cafe Baku

“Hard Rock Cafe Baku” şəhərin tam mərkəzində – Bakıda gecə həyatının əsas ünvanlarından olan Fəvvarələr Meydanına yaxın yerləşir. Fərqli atmosferlə birləşən canlı musiqi konsertləri inanılmaz dərəcədə müsbət enerji verir. İnsanlar keyfiyyətli musiqi dinləmək üçün buraya gəlsələr də, əlbəttə ki, ləzzətli Hard Rock burgerlərindən heç kəs imtina etmir.

İş saatları:

Hər gün 12:00–00:00

Madrid Bar

Dənizkənarı Bulvarda möhtəşəm musiqi və ispan motivləri. “Madrid bar”da DJ musiqisinin sədaları altında möhtəşəm atmosferdən həzz almaq mümkündür. Yay aylarında barın qarşısında terras açılır. İşdən sonra istirahət etmək və ya həftə sonu dostlar ilə əylənmək üçün mükəmməl yerdir.

İş saatları:

Bazar ertəsi - Cümə axşamı 15:00 - 00:00

Cümə 15:00 - 06:00

Şənbə bağlı

Bazar 15:00 - 01:00

ETUD Cafe & Bar

Caz improvizasiyaları, klassik musiqi axşamları, əyləncəli gecələr və daha çox - əsl gəncliyin yeraltı dünyası olan “ETUD Cafe & Bar”da hökm sürür. Burada yerli şərab, pivə, yaxud ləzzətli kokteyllərin dadına baxaraq, müxtəlif janrda canlı musiqi ilə dincələ bilərsiniz.

İş saatları:

Hər gün 17:00–00:00

BarDuck

DJ musiqisi altında səhərə qədər əyləncə. Bu kiçik barda dostlarınızla doyunca əylənə, Amaro Passion və ya Green Meadow kimi bir çox eksklüziv kokteylləri dada bilərsiniz. Əlbəttə ki, öncədən masa rezervasiyası da mümkündür, amma adətən qonaqları daha çox bar cəlb edir: axı burada mehriban barmenlər sizə ən uyğun içki tapmaqda kömək edəcək.

İş saatları:

Hər gün 10:00 - 23:00

Pivnaya Apteka

Adından da göründüyü kimi, bu unikal “tibb müəssisəsi”ndə xəstəlikləri müalicə etmək üçün xüsusi vasitələrdən, yəni ən geniş çeşiddə pivə, evdə hazırlanmış sərinləşdirici içkilər, burgerlər və digər yeməklərdən istifadə olunur. Qayğı istəyənləri isə böyük ayı balası məmnuniyyətlə qucaqlayacaq.

İş saatları:

Hər gün 11:00 - 00:00

360 Bar

Beşulduzlu “Hilton Baku” hotelinin 25-ci mərtəbəsində yerləşən “360 Bar” yavaş-yavaş öz oxu ətrafında fırlandığı üçün buradan paytaxtımız və Xəzər dənizinə möhtəşəm mənzərəni seyr edə bilərsiniz. Bar qonaqları xüsusilə gecə feyzyab edir. Belə ki, bu zaman ləzzətli yeməklər və içkilərdən deyil, həm də canlı musiqilərdən həzz almaq olar.

İş saatları:

Hər gün 17:00 - 02:00

Harbour Restaurant & Pub

Köhnə ingilis yaxta klubunu xatırladan məşhur Bakı pabı “Harbour”da dincəlin və istirahət edin. Ləzzətli pivə ilə yanaşı, burada dadından doymayacağınız hind yeməklərinin, eləcə də unikal limonadlar və evdə hazırlanmış kokteyllərin geniş çeşidi arasında seçim edə bilərsiniz.

İş saatları:

Hər gün 12:00 - 00:00

Finnegan's Irish Pub

Finnegan's Irish Pub

Məşhur İrlandiya pab şəbəkəsi “Finnegan's” müntəzəm olaraq yerli qruplar və solo ifaçıların canlı konsertlərinə ev sahibliyi edir. Bakının mərkəzində yerləşən və bir çox digər tanınmış əyləncə məkanları ilə əhatə olunan “Finnegan's Irish Pub” ləzzətli yemək və çox sevilən İrlandiya pivəsini təqdim edir.

İş saatları:

Hər gün 16:00 - 02:00

People Livebar

Cümə və şənbə günləri 24 saat işləyən “People Livebar” dəbli interyer və bənzərsiz atmosferinə görə hər kəsi cəlb edir. Rəqs üçün rahat ayaqqabılarınızı geyinib, axşamı musiqi və gözəl Azərbaycan şərabından zövq alaraq dostlarınız ilə birgə keçirin!

İş saatları:

Hər gün 15:00 - 00:00

Paulaner Bräuhaus Baku

Alman pivəsinin ünvanı. Heç narahat olmadan sevdiyiniz içkidən istədiyiniz qədər içə bilərsiniz – hər bazar ertəsi “Paulaner Bräuhaus Baku”da limitsiz pivə axşamı! Daha yüngül və rahat atmosfer axtarışındasınızsa, şənbə günü gəlin, burada canlı musiqi dinləyin. Əsl Münhen atmosferinin hökm sürdüyü Bakıda yeganə bar!

İş saatları:

Bazar ertəsi 12:00 - 22:00

Çərşənbə axşamı - Bazar 16:00 - 23:00

Bool Bool Dog

“Bool Bool Dog” yalnız dəbli bar deyil, şəhərin ən maraqlı menyularından birinin təklif olunduğu məkandır. Humuslu göbələk, quakamola və düyü və tərəvəz ilə qızılbalığın dadına baxmaq şərtdir Həftə sonları qonaqları DJ musiqisi, əla bar menyusu və qəlyan gözləyir. Əlbəttə ki, istirahət zonasında neon işıqlarının fonunda İnstaqram üçün selfi çəkmədən buradan getmək olmaz!

İş saatları:

Həftəiçi 12:00 - 01:00

Həftəsonu 16:00 - 02:00

HASHTAG BAR

Üç zaldan ibarət bu kiçik kokteyl bar DJ musiqisi və caz sessiyaları ilə tanınır. Burada isti, mehriban atmosferdə, menyudakı 40 kokteyldən hər hansı birini sifariş edərək dincələ və əylənə bilərsiniz.

İş saatları:

Hər gün 18:00 - 04:00

Room Baku

Burada hər axşam sizi zəngin şərab çeşidi gözləyir. Gecə yaxınlaşdıqca daha da canlanan mühiti zövqlü musiqi, ləzzətli yeməklər və gözəl şərablar tamamlayır.

İş saaatları:

Hər gün 14:00–02:00

Enerji Club Baku

Yüksək səviyyəli tematik əyləncə şouları ilə məşhur olan Enerji Club əla menyu və bənzərsiz əyləncələr təqdim edir. Xəzər sahillərində möhtəşəm rəqs gecəsi!

İş saatları:

Həftəiçi 18:00 - 00:00

Həftəsonu 18:00 - 04:00

Pasifico - Lounge & Dining

Londonun “Blue Sky Hospitality” studiyasının mütəxəssisləri tərəfindən yaradılmış Cənubi Amerikanın sahilləri boyunca virtual səyahət üçün “Pasifico”ya yollanın. Qaranlığın düşməsi ilə “Pasifico” verandadan açılan heyranedici mənzərələri və dəbdəbəli kokteylləri ilə gecənin əsas ünvanlarından birinə çevrilir.

İş saatları:

Hər gün 16:00 - 00:00

City Pub

“CityPub” təkcə sərin pivə və müxtəlif qəlyanaltılardan zövq ala-ala böyük ekranda futbola baxmaq məkanı deyil. Rahat interyer, canlı musiqi, gözəl zallar, yemək və içkilərin geniş çeşidi buranı istirahət etmək və dostlarla əla vaxt keçirmək üçün möhtəşəm məkana çevirir.

İş saatları:

Hər gün 12:00-00:00

Harrison Baku

Eklektik və parlaq dizayna malik “Harrison Baku” məşhur ifaçıların çıxışları və müasir DJ musiqisinin müşayiəti ilə dostlarla əyləncəli vaxt keçirmək üçün əla məkandır. Ləzzətli qəlyanaltılar, isti yeməklər, desert və dadlı kokteyllərin geniş çeşidi isə unudulmaz ad günləri, korporativ yığıncaqlar və digər tədbirləri təşkil etməyə imkan verir.

İş saatları:

Hər gün 14:00-00:00

62 ChillOut

“62 ChillOut” restoranı Fəvvarələr meydanı yaxınlığında, şəhərin gecə həyatının mərkəzində yerləşir və həmin dinamik templə qonaqlarını qarşılayır. Siz peşəkar DJ-lərin ifasında hərəkətli musiqi altında və ləzzətli kokteyllərdən zövq ala-ala əla gecə keçirəcəksiniz. Menyuda sendviçdən tutmuş Meksika takosuna qədər hər şeyi tapacaqsınız, balıq qutabı isə buranın ən məşhur yeməyidir.

İş saatları:

Hər gün 12:00-00:00

The Nest Coffee & Cocktails

“The Nest Coffee & Cocktails” dəbli kokteyl barı Qız Qalasının yanında yerləşir. Onun açıq terrası İçərişəhəri seyr edə-edə bir fincan ətirli qəhvə, yaxud dadlı kokteyl içmək üçün ideal məkandır. Gecələr şəhərin parlaq işıqları isə canlı musiqi, gecə yarısına qədər davam edən rəqslər və şən səs-küyün bir hissəsi olur.

İş saatları:

Hər gün 10:00-01:00

Vinidze Wine Bar

“Vinidze Wine Bar” içki barı sanki Bakının mərkəzində yaradılmış Gürcüstan guşəsidir. Gürcü şərabı həvəskarlarını buraya təkcə içkilər və yüngül qəlyanaltılardan zövq almaq istəyi deyil, eyni zamanda rahat atmosfer, xoş musiqi və gülərüz heyət cəlb edir. DJ musiqisi pərəstişkarlarının gəlişi ilə bu məkan xüsusən cümə günləri qonaqlarla dolu olur.

İş saatları:

Hər gün 17:00-01:00

Champusique

Bakıda ilk şampaneriya olan “Champusique” açıldığı gündən məşhurlaşmağa başlayıb. Şəhərin mərkəzində yerləşən restoranın orijinal interyeri nəfis oynaq şərablar və dadlı Pan-Asiya mətbəxi yeməkləri ilə həmahəngdir. Suşi bar isə təkrarolunmaz mətbəx şedevrləri yaradan şef aşpazın bacarıqlarını izləmək istəyənlərin can atdığı guşədir. 

İş saatları:

Hər gün 12:00-23:30

Crazzy Bear

Bakının mərkəzində gur küçələrin birində yerləşən “CraZzy Bear” konseptual pivə restoranında canlı musiqi, orijinal interyer və gülərüz personal vaxtınızı şən keçirməyinizə kömək edəcək. Tünd rəngli mebellər, dəri kreslolar və dekorativ lampalar buranı təzə pivə, əsl şərab və dadlı yemək həvəskarlarının sevimli məkanına çevririb. Bazar ertəsi günləri təşkil edilən və pivənin “su kimi axdığı” “Limitsiz pivə günü” isə həftəyə əla başlanğıcdır!  

İş saatları:

Hər gün 17:00-02:00  

Yüngül Cinayətlər

Bakının mərkəzində yerləşən “Yüngül Cinayətlər” restoranı təkcə ləzzətli yeməkləri və içkiləri ilə seçilmir, dəbli dizaynı, möhtəşəm DJ-ləri və şən ab-havası ilə də çoxlarını cəlb edir. Burada həmçinin sosial şəbəkələrdə paylaşmaq üçün maraqlı selfilər çəkdirməyə yerlər var. Restorana gəlmək istəyənlərin sayı çox olduğundan həftə sonu günləri üçün çərşənbə günündən masa rezerv etmək lazım gəlir.

İş saatları:

Hər gün 14:00-00:00

ShakesBeer

“ShakesBeer” barı ləzzətli pivə dəstinə daxil olan müxtəlif çeşidli qəlyanaltılardan dadaraq pivə içmək üçün əla məkandır. Şəhərin səs-küyündən kənarda yerləşən barın rahat ab-havası səmimi söhbətlər üçün gözəl imkan yaradır, canlı musiqi və tanınmış ifaçıların çıxışları isə gecəni xüsusilə yaddaqalan edir. 

İş saatları:

Hər gün 09:00-23:00

Black Lounge

“Black Lounge” restoranı premium-klass istirahət və parlaq təəssürat həvəskarlarının bəyəndiyi yerdir. Burada qeyri-adi interyer, seçilən yeməklər, hətta kokteyllər belə sizi qara rəngin kübar dünyasına aparacaq. Restoranın konsepti böyük yığıncaq iştirakçılarından tutmuş təkliyə çəkilmək istəyən sevgililərə qədər hər kəsin dəbdəbəli şam yeməyindən və məşhur ifaçıların çıxışlarından zövq almasına imkan verir. 

İş saatları:

Bazar ertəsi, çərşənbə-şənbə 10:00-00:00

Çərşənbə axşamı 12:00-02:00

Bazar 10:00-02:00

Zeppelin

Bütünlüklə gecə həyatının içinə atılmaq istəyirsiniz? Elə isə rahat ab-havası, stimpank üslubunda dizaynı, karaoke və canlı musiqidən tutmuş stendap və tematik gecələrə qədər istənilən zövqə uyğun əyləncəsi ilə Bakıda ilk konseptual içki barı olan “Zeppelin”ə gedin. Burada həmişə maraqlı nəsə baş verir: limitsiz şərab günü, “Girls Party, “Banketnaya Vodka Party”.

İş saatları:

Hər gün 18:00-06:00

BarDuck Express

Fəvvarələr meydanı yaxınlığında yerləşən dəbdəbəli “BarDuck Express” kokteyl barında sizi orijinal kokteyllər və dadlı qəlyanaltılar gözləyir. Bura günün istənilən saatında bir qədəh şərab, yaxud digər içkilərdən zövq ala biləcəyiniz möhtəşəm bir məkandır. Barın adını rus dilində oxuyanda onun divarları arasından şən səs-küy, gülüş və zarafatların niyə əskik olmadığını biləcəksiniz.

İş saatları:

Hər gün 10:00-dan sonuncu müştəriyə qədər

CUBAR

“Cubar” barında isti ölkələrin parlaq rəngləri, temperamentli Latın Amerikası ritmləri, ekzotik kokteyllər və əsl Kuba romu ilə qarşılaşacaqsınız. Barın istedadlı yerli rəssamlar tərəfindən işlənmiş qeyri-adi interyeri Havana küçələrini xatırladır və siz burada hərəkətli DJ musiqisi altında dostlarınızla əylənə bilərsiniz.

İş saatları:

Çərşənbə axşamı-bazar 15:00-00:00

Latitude & Longitude Bar Lounge

Şəhərin mərkəzində, “The Merchant Baku” hotelinin tarixi binasında yerləşən “Latitude & Longitude Bar Lounge” dostlarınız ilə unudulmaz axşam keçirməyiniz üçün bütün imkanlara malikdir. Bura Bakı küçələrini doyunca gəzdikdən sonra dincəlmək və qədim şəhərin sehrli ab-havasında milli mətbəximizin incilərindən zövq almaq üçün ideal məkandır.

İş saatları:

Hər gün 09:00-00:00

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun