Dəniz sahilində uşaq əyləncəsi

Dənizkənarı bulvar ərazisində yerləşən “Dəniz Mall” alış-veriş mərkəzi təkcə şopinq həvəskarının deyil, həm də ailəvi istirahət və əyləncə axtarışında olanların üz tutduqları əsas məkanlardandır. Burada fəaliyyət göstərən uşaq-əyləncə mərkəzlərində müxtəlif növ aktiv və öyrədici fəaliyyət növləri uşaqların ixtiyarındadır.

“Dəniz Mall”dauşaq-əyləncə məkanları

dəniz sahilindəuşaq əyləncəsi

Ümumi sahəsi 5 000 m2 olan “Kinderland” təhsil və əyləncə mərkəzi küçələri, mağazaları, bankı, xəstəxanası və hətta hava limanı ilə sanki Bakının kiçik modelini xatırladır. Bu şəhərciyin hətta xüsusi valyutası da var – kindi. Burada uşaqlar müxtəlif peşə sahibləri – həkim, yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əylənir, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə edirlər. “Airbus A319” təyyarəsinin 16 metrlik gövdəsindən hazırlanan instalyasiya və peşəkar uçuş simulyatoru isə xüsusi marağa səbəb olan guşələrdəndir. Şəhərcikdəki 60-dan çox peşə fəaliyyət növü 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub, daha aşağı yaşlı uşaqlar üçün isə xüsusi oyun meydançası mövcuddur.


“SkyPark” idman və əyləncə kompleksi isə bütün ailə üzvlərinin aktiv istirahəti üçün nəzərdə tutulmuş məkandır. Burada hər kəsin öz fiziki bacarıqlarını nümayiş etdirə biləcəyi çox sayda fəaliyyət növü var. Parkur batutları, dırmanma divarı, ziplayn, batutda tullanma, ip parkı, “dodgeball”, “ninja quest” kimi müxtəlif aktiv fəaliyyətlər həm uşaqların, həm də böyüklərin ixtiyarındadır. Əyləncə mərkəzi 5 yaşdan yuxarı hər kəs üçün uyğundur, amma müəyyən fəaliyyətlər 13 və 16 yaşdan yuxarı yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.


“Dəniz Mall”da uşaqların əyləncəsi və istirahəti üçün nəzərdə tutulan digər məkan “Happyland” uşaq-əyləncə mərkəzidir. Müxtəlif oyun aparatları və attraksionları, uşaq meydançaları və böyük oyuncaq mağazası buranı balacaların sevimli məkanlarından birinə çevirib. Uşaq-əyləncə mərkəzində kiçik yaşlıları həvəsləndirən başqa bir məqam oyunlar zamanı udulan biletlər vasitəsilə oyuncaq mağazasından müxtəlif oyuncaqlar qazanmağın mümkün olmasıdır. Qeyd edək ki, “Happyland” uşaq-əyləncə mərkəzi “Park Bulvar” və “Metropark” AVM-lərdə də fəaliyyət göstərir.


Ətraflı məlumat üçün:
Dəniz Mall
denizmall.az
Ünvan: Neftçilər pr. 26b
Tel.: +99412 525 9988

Kinderland
instagram.com/kinderlandbaku/
facebook.com/Kinderlandaz
Tel: +99412 525 4404

Happyland
happylandfun.az
instagram.com/happyland.baku/
facebook.com/Happyland.Azerbaijan/

SkyPark
instagram.com/skypark.baku/
Tel: +99450 355 0770

QALEREYA

Xəzərin sahilində uşaqlar üçün əyləncə anları

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
16.8°C
Orta:
15.2 – 19.2°C / 59.4–66.6°F

Temperaturu hiss et

Hazırda:
18.6°C
Orta:
15.1 – 20.5°C / 59.2–68.9°F

Külək

Hazırda:
  • Günəşli və qismən buludlu
  • Şərq
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yay

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Bakıdadigər fəaliyyət növləri

Dənizkənarı Milli Parkda gəzinti
Dənizkənarı Milli Parkda gəzinti
Ailəvi istirahət

Dənizkənarı Milli Parkda gəzinti

Bakı bulvarı hər kəsin sevimli istirahət məkanıdır. Burada həm əylənmək, həm dincəlmək, həm idman etmək,... Daha ətraflı

Milli xalçalarımızla tanışlıq
Milli xalçalarımızla tanışlıq
Maraqlı və əyləncəli

Milli xalçalarımızla tanışlıq

Azərbaycan xalçaları beynəlxalq səviyyədə tanınır. Ailəlikcə Bakı Bulvarında yerləşən Xalça Muzeyinə baş çəkərək, siz də... Daha ətraflı

Əbədi alovlar haqda sirr və əfsanələr
Əbədi alovlar haqda sirr və əfsanələr
Mədəni istirahət

Əbədi alovlar haqda sirr və əfsanələr

Atəşpərəstlərin mirası olan Atəşgah və təbiət möcüzəsi olan Yanardağa baş çəkərək, ölkəmizin alovlar diyarı kimi... Daha ətraflı

Qobustanda daş dövrünə səyahət
Qobustanda daş dövrünə səyahət
İncəsənət, mədəniyyət, irs

Qobustanda daş dövrünə səyahət

Görəsən, insanlar 40 000 il əvvəl necə yaşayıblar? Onların həyat tərzi necə olub? Bu suallara... Daha ətraflı

Rəngarəng Xızı dağlarında gəzinti
Rəngarəng Xızı dağlarında gəzinti
Ailəvi istirahət

Rəngarəng Xızı dağlarında gəzinti

Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər... Daha ətraflı

Xınalıqda Qafqaz dağlarının fəthi
Xınalıqda Qafqaz dağlarının fəthi
Haykinq imkanları

Xınalıqda Qafqaz dağlarının fəthi

Azərbaycanın ən tanınmış etnoturizm mərkəzlərindən biri olan Xınalığı ziyarət edin. Burada əzəmətli dağlara tamaşa edin... Daha ətraflı

Heydər Əliyev Mərkəzində sərgilər
Heydər Əliyev Mərkəzində sərgilər
İncəsənət və mədəniyyət muzeyləri

Heydər Əliyev Mərkəzində sərgilər

Elə bir məkan təsəvvür edin ki, orada bütün Azərbaycana səfər edə, ölkəmizin tarixi və mədəniyyəti... Daha ətraflı

Qonaqpərvər ləzgi kəndində qonaqlıq
Qonaqpərvər ləzgi kəndində qonaqlıq
Milli mətbəx

Qonaqpərvər ləzgi kəndində qonaqlıq

Hil kəndi təbii gözəllikləri ilə hər kəsi məftun edir. Dağlar qoynunda yerləşən bu ucqar kəndin... Daha ətraflı

Zirə Eko parkında əyləncəli istirahət
Zirə Eko parkında əyləncəli istirahət
Uşaqlarla mədəni proqram

Zirə Eko parkında əyləncəli istirahət

Zirə qəsəbəsində yerləşən müasir park və mədəniyyət mərkəzində onlarla fərqli və əyləncəli xidmətlər təklif olunur.... Daha ətraflı

Miniatür Kitab Muzeyi
Miniatür Kitab Muzeyi
İncəsənət və mədəniyyət muzeyləri

Miniatür Kitab Muzeyi

Bakıda yerləşən Miniatür Kitab Muzeyində eksponatlar o qədər kiçikdir ki, rahatlıqla bir ovuca yerləşər. İçərişəhərdə... Daha ətraflı

Bakı sirkində gözqamaşdıran əyləncə
Bakı sirkində gözqamaşdıran əyləncə
Ailəvi istirahət

Bakı sirkində gözqamaşdıran əyləncə

Azərbaycanda peşəkar sirk sənətinin hələ 19-cu əsrin sonlarından yarandığı məlumdur. Bakı Dövlət Sirkində bu gün... Daha ətraflı

İlk tanker-muzeydə gəmiçiliyə səyahət
İlk tanker-muzeydə gəmiçiliyə səyahət
Unikal muzeylər

İlk tanker-muzeydə gəmiçiliyə səyahət

Dünyada ilk neft tankerinin 1879-cu ildə Bakıda istifadəyə verildiyini bilirdinizmi? Elə isə daha bir maraqlı... Daha ətraflı

Şəhərin mərkəzində canlı aləmlə tanışlıq
Şəhərin mərkəzində canlı aləmlə tanışlıq
Ailəvi istirahət

Şəhərin mərkəzində canlı aləmlə tanışlıq

Şəhərin mərkəzindən uzaqlaşmadan uşaqların özlərini təbiətin bir guşəsində hiss etmələri üçün Bakı Zooloji Parkına üz... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun