XınalıqdaQafqaz dağlarının fəthi
Azərbaycanın ən tanınmış etnoturizm mərkəzlərindən olan və gözəl mənzərələri seçilən Xınalıq kəndi dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə yerləşir. Bu məkan tufan zamanı burada lövbər saldığı iddia edilən Nuh peyğəmbərlə əlaqələndirilir. Dağlar dik və sıldırımlı olduğundan kənddəki 380 ev bir-birinə çox sıx tikilib və hər birinin ən azı 200-300 yaşı olduğu deyilir. Burada bir evin damı, ondan yüksəkdə yerləşən digər evin həyətidir. Qədim Qafqaz Albaniyası tayfalarından sayılan xınalıqlılar tamamilə nadir bir dildə danışırlar. Buranı ziyarət etsəniz, əzəmətli Qafqaz dağlarının seyrinə dalmaqla yanaşı, son dərəcə maraqlı yerli mədəniyyətlə də tanış olacaqsınız.