qutab hazırlanmasımaster-klasları
Bakıda, xüsusən də İçərişəhərdəki milli mətbəx restoranlarında xalqımızın ən sevimli təamlarından biri olan qutabın hazırlanması üzrə master-klaslar və ya nümayişlər təşkil edilir. Bu dərslər xüsusi bələdçilər tərəfindən təşkil edilməli olsa da, başqa çıxış yolu da var. Sadəcə ərazidəki restoranlara daxil olub (“Salam Baku”, “Cızz-Bızz”, “Sehrli Təndir” və “Passage 1901”) aşpazları izləyə, yaxud bişirilmə prosesində iştirak üçün icazə ala bilərsiniz. Bir çox restoranlarda sizə qutabların içərisini doldurmağa və kənarlarını qatlamağa dəvət edəcəklər.