Kiş – Baş Göynük marşrutu üzrə haykinq

Kişdən Baş Göynük kəndinə yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.

Kiş – Baş Göynük marşrutuüzrə haykinq

Kiş Baş – Göynük marşrutu

Qafqazın və ümumilikdə bütün xristian dünyasında ən qədim kilsələrdən hesab olunan Müqəddəs Yelisey kilsəsi Kiş kəndində yerləşir. Baş Göynük kəndinə gedən bu marşrut boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin füsunkar mənzərələrindən zövq alacaqsınız. Araşdırmalara görə, Şəkinin Göynük kəndi 16-cı əsrin sonunda salınıb və burada Osmanlı ərazisindən köçürülmüş türklər məskunlaşıb. 19-cu əsrin əvvəllərində əhalinin bir qismi düzəngah ərazilərə köç etdiyi üçün kənd Baş və Aşağı Göynük olaraq bölünür. 

Xəritəni yükləyin

MƏSAFƏ: 14,6 KM

YOXUŞ: 1200 M

ENİŞ: 1100 M

MAKS. HÜNDÜRLÜK: 2050 M

MİN. HÜNDÜRLÜK: 950 M

MÜDDƏT: 7 SAAT 50 DƏQ

 

Baş Göynük kəndinə yürüş uzunluğu, sərt eniş və yoxuşlarına görə fiziki cəhətdən yorucu hesab olunur. Başlanğıc nöqtəsindən işarələri izləyərək məhəllərin arası ilə davam edin. 400 m irəlidə cığır başlayır. Meşə ilə qalxan dik dolayı cığır 2 km irəlidə açıqlığa çıxaraq hər iki tərəfi meşə ilə örtülü dərələr olan sirtlə davam edir. Daha 2 km irəlidə isə meşə zolağından yuxarı qalxaraq Uzunyaylaq dağına çıxır. 

Dağın başında yastı bellə düzünə 600 m irəliləyib, ən sonda sağa ayrılan sirtlə düşən cığırla davam edirsiniz. Dolayı cığır 500 m irəlidə meşə zolağına düşür və meşənin içi ilə davam edir. Sol yamac ilə köndələn cığır boyu az yoxuş üzrə gedirsiniz. 1 km irəlidə açıqlığa çıxan cığır az enişlə 700 m davam etdikdən sonra sirtin sağ yamacına keçərək, bir az sonra sağa aşağı düşən daha enli və dik cığırla düşməyə başlayır. 700 m irəlidə dərəyə çatan cığır sola dönərək dərə ilə aşağı davam edir. Az irəlidə çoban alaçığına çatdıqda cığır meşə yoluna çıxır. Təqribən 6 km-dən sonra çayı keçib kəndə daxil olursunuz.

Bu marşrutu Baş Göynükdən əks istiqamətdə getmək daha çox tövsiyə olunur.


Ətraf cığırlar
Baş Göynük kəndindən Qumux kəndinə maşınla və ya piyada hərəkət edərək (7 km) Qumux – Qaşqaçay, daha sonra isə Qaşqaçay – İlisu marşrutlarını gedə bilərsiniz. Hər iki marşrut işarələnib. Bu 3 marşrutu birləşdirərək Şəki şəhəri yaxınlığından Qax şəhəri yaxınlığına kimi dağlarla hərkət etmək olar.
İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər 2 günlük trekkinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.
 
 
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız bir yerdə çoban alaçığı var. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.

Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür. 

 

Qida və gecələmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.


Su
Cığır boyunca yalnız bir yerdə bulaq var, ona görə dağlarda çobanlar da olmur. Yalnız Baş Göynük dərəsinin sonunda bir çoban alaçığı var. Bulaq da alaçığın yaxınlığındadır. Su mənbələri məhdud olduğu üçün azı 1,5-2 l su götürmək tövsiyə olunur. 

 

Nəqliyyat
Şəki şəhərindən Kiş kəndinə 15 və 25 nömrəli kiçik marşrut avtobusları fəaliyyət göstərir (0,40 AZN). Kişə taksi ilə də getmək mümkündür (*0066 və *5577 taksi xidmətləri ilə 3-5 AZN-ə).

İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır. 

Qalereya

Kiş – Baş Göynük marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
16.8°C
Orta:
15.2 – 19.2°C / 59.4–66.6°F

Temperaturu hiss et

Hazırda:
18.6°C
Orta:
15.1 – 20.5°C / 59.2–68.9°F

Külək

Hazırda:
  • Günəşli və qismən buludlu
  • Şərq
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Yerləşdirməvə qida

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Şəkidədigər fəaliyyət növləri

Şamaxıda ulduzların seyri
Şamaxıda ulduzların seyri
İncəsənət, mədəniyyət, irs

Şamaxıda ulduzların seyri

Ulduzların və kainatın sirlərini kəşf etmək istəyirsinizsə, Şamaxı Astrofizika Rəsədxanasının qapıları üzünüzə açıqdır.  Daha ətraflı

Azərbaycanın ilk məscidini ziyarət
Azərbaycanın ilk məscidini ziyarət
İncəsənət, mədəniyyət, irs

Azərbaycanın ilk məscidini ziyarət

Şamaxıda yerləşən Cümə məscidi Azərbaycandakı ilk məsciddir və 743-744-cü illərdə inşa edilmişdir. Bərpa olunandan sonra... Daha ətraflı

Şamaxı boyu tarixi marşrut
Şamaxı boyu tarixi marşrut
İncəsənət, mədəniyyət, irs

Şamaxı boyu tarixi marşrut

Şamaxıda Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Şirvanşahlar dövlətinin maddi mədəniyyət nümunələrinə rast gəlmək olar.... Daha ətraflı

Basqalda kəlağayı master-klasları
Basqalda kəlağayı master-klasları
İncəsənət, mədəniyyət, irs

Basqalda kəlağayı master-klasları

YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız... Daha ətraflı

Lahıcda misgərlərlə ünsiyyət
Lahıcda misgərlərlə ünsiyyət
Intangible Cultural Heritage

Lahıcda misgərlərlə ünsiyyət

Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər... Daha ətraflı

"Tufandağ"da xizəksürmə
"Tufandağ"da xizəksürmə
Macəra və idman

"Tufandağ"da xizəksürmə

Qışda xizək sürmək, yayda isə açıq hava fəaliyyət növləri ilə məşğul olmaq istəyənlər Qəbələyə, "Tufandağ"... Daha ətraflı

Udin mədəniyyəti ilə tanışlıq
Udin mədəniyyəti ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Udin mədəniyyəti ilə tanışlıq

Udinlərin məskunlaşdığı Nic kəndi Qəbələ şəhərindən 40 kilometr cənub-qərbdə yerləşir. Bu əsrarəngiz kəndi ziyarət edin,... Daha ətraflı

Qəbələ Atıcılıq Klubunda hədəfi nişan alın
Qəbələ Atıcılıq Klubunda hədəfi nişan alın
Atıcılıq

Qəbələ Atıcılıq Klubunda hədəfi nişan alın

Qəbələ macəra həvəskarları üçün mükəmməl seçimdir. Burada həm də Atıcılıq Klubuna baş çəkərək, hədəfi nişan... Daha ətraflı

Qəbələdə unudulmaz macəralar
Qəbələdə unudulmaz macəralar
Ailəvi istirahət

Qəbələdə unudulmaz macəralar

Böyük Qafqaz dağlarında yerləşən Qəbələ Azərbaycanın əsas aktiv turizm mərkəzlərindən biri hesab olunur. Macəra həvəskarları... Daha ətraflı

Qədim Qəbələnin tarixinə səfər
Qədim Qəbələnin tarixinə səfər
İncəsənət, mədəniyyət, irs

Qədim Qəbələnin tarixinə səfər

Qəbələ qədim dövrlərdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bu tarixi məkana səfər edərək eramızdan əvvəl mövcud... Daha ətraflı

Halva hazırlanması üzrə master-klaslar
Halva hazırlanması üzrə master-klaslar
Kulinariya master-klasları

Halva hazırlanması üzrə master-klaslar

Şirniyyat həvəskarları Şəki halvası, bamiyə və digər yerli təamların dadından xəbərdardırlar. Şəkiyə səfər edərkən, özünüzü... Daha ətraflı

Qədim Şəkidə tarixi gəzinti
Qədim Şəkidə tarixi gəzinti
İncəsənət, mədəniyyət, irs

Qədim Şəkidə tarixi gəzinti

YUNESKO-nun Dünya İrsi siyahısına salınmış qədim Şəki şəhəri hər kəs üçün xoş istirahət və İpək... Daha ətraflı

Sənətkarlıq emalatxanaları və əl işləri
Sənətkarlıq emalatxanaları və əl işləri
Xalq sənətkarlığı

Sənətkarlıq emalatxanaları və əl işləri

Şəki şəhərində özünə və yaxınlarına hədiyyə seçmək asan iş deyil. Bu kiçik şəhərdə onlarla sənətkar... Daha ətraflı

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq

Şəki şəhəri yaxınlığında yerləşən Kiş kəndi qədim tarixə malikdir. Burada yerləşən Alban məbədi öz memarlıq... Daha ətraflı

Sarıbaşda off-road turları
Sarıbaşda off-road turları
Offroad turlar

Sarıbaşda off-road turları

Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib... Daha ətraflı

İlisu şəlaləsini tamaşa edin
İlisu şəlaləsini tamaşa edin
Offroad turlar

İlisu şəlaləsini tamaşa edin

İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana... Daha ətraflı

Zaqatalada ötən əsrlərə səyahət
Zaqatalada ötən əsrlərə səyahət
Ailəvi istirahət

Zaqatalada ötən əsrlərə səyahət

Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin... Daha ətraflı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Qida, içki və gecə həyatı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət

Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı

Oğuz sinaqoqlarını ziyarət
Oğuz sinaqoqlarını ziyarət
Yəhudi irsi

Oğuz sinaqoqlarını ziyarət

Oğuz Azərbaycanın dilbər guşələrindən biridir. Burada yaşayan insanlar da müxtəlif xalqları və dinləri təmsil edirlər.... Daha ətraflı

Qəbələdə spa və relaksasiya
Qəbələdə spa və relaksasiya
Sağlamlıq və rekreasiya

Qəbələdə spa və relaksasiya

Qəbələ təbii müalicəvi suları ilə tanınır. Bura gəlib gözəl təbiəti müşahidə etməklə bərabər, sağlamlığınız üçün... Daha ətraflı

Dolma bükmək üzrə master-klaslar
Dolma bükmək üzrə master-klaslar
Kulinariya master-klasları

Dolma bükmək üzrə master-klaslar

Milli mətbəximizin ən dadlı təamlarından biri, əlbəttə, dolmadır. Dolmanın onlarla növündən biri dopuda bişir. Şəkidə... Daha ətraflı

Şəki Xan Sarayında ekskursiya
Şəki Xan Sarayında ekskursiya
YUNESKO-nun dünya irsi

Şəki Xan Sarayında ekskursiya

Şəki Xan Sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Bu incə və möcüzəli tikilini görmədən Şəkini tərk... Daha ətraflı

Car – Honzoqor – Qəbizdərə marşrutu
Car – Honzoqor – Qəbizdərə marşrutu
İşarələnmiş marşrutlar

Car – Honzoqor – Qəbizdərə marşrutu

Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək... Daha ətraflı

Qəbizdərə – Honzoqor – Car marşrutu
Qəbizdərə – Honzoqor – Car marşrutu
İşarələnmiş marşrutlar

Qəbizdərə – Honzoqor – Car marşrutu

Marşrut Qəbizdərə kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək 3 tərəfi dağlarla əhatə olunmuş... Daha ətraflı

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq

Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır. Daha ətraflı

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq

Marşrut Qaşqaçay kəndindən başlayır, meşə və yaylaqlardan keçərək İlisu kəndində başa çatır. Daha ətraflı

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq

Qaşqaçaydan Qumuxa gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq

Qumuxdan Qaşqaçaya gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

Baş Göynük – Kiş marşrutu üzrə haykinq
Baş Göynük – Kiş marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Baş Göynük – Kiş marşrutu üzrə haykinq

Baş Göynükdən qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş uzun və fiziki cəhətdən... Daha ətraflı

“Qızılgüllər diyarı” Zaqatala
“Qızılgüllər diyarı” Zaqatala
Təbiət qoynunda istirahət

“Qızılgüllər diyarı” Zaqatala

Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı

Şamaxı dağlarında safari macərası
Şamaxı dağlarında safari macərası
Ailəvi istirahət

Şamaxı dağlarında safari macərası

Şamaxı səyahəti zamanı canlı təbiətlə daha yaxından ünsiyyət üçün Safari Parkını mütləq gedilməli yerlər siyahısına... Daha ətraflı

Dəniz sahilində uşaq əyləncəsi
Dəniz sahilində uşaq əyləncəsi
Ailəvi istirahət

Dəniz sahilində uşaq əyləncəsi

Dənizkənarı bulvar ərazisində yerləşən “Dəniz Mall” alış-veriş mərkəzi təkcə şopinq həvəskarının deyil, həm də ailəvi... Daha ətraflı

Alpakalar arasında ruhi sakitlik
Alpakalar arasında ruhi sakitlik
Uşaqlarla təbiətdə

Alpakalar arasında ruhi sakitlik

Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq sizi təəccübləndirə... Daha ətraflı

Şəki dağlarına at belində səyahət
Şəki dağlarına at belində səyahət
Ailəvi istirahət

Şəki dağlarına at belində səyahət

Şəki özünün ecazkar təbiəti, zəngin tarixi abidələri və möhtəşəm memarlıq nümunələri ilə həmişə cəlbedici olub.... Daha ətraflı

Təbiətin səssizliyində ruhunuzun dincliyi
Təbiətin səssizliyində ruhunuzun dincliyi
Macəra və idman

Təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu... Daha ətraflı

Qaxın gözəllikləri məşhur filmin kadrlarında
Qaxın gözəllikləri məşhur filmin kadrlarında
İncəsənət, mədəniyyət, irs

Qaxın gözəllikləri məşhur filmin kadrlarında

“Qorxma, mən səninləyəm” filmini, yəqin ki, dəfələrlə izləmisiniz. Kadrları gözəl təbiət mənzərələri və tarixi məkanlar... Daha ətraflı

Qarlı zirvədə adrenalinli əyləncə
Qarlı zirvədə adrenalinli əyləncə
Macəra və idman

Qarlı zirvədə adrenalinli əyləncə

Yelləncək uşaqlığımızın ən sevimli əyləncələrin biri olub və indi də harada yelləncək görsək, bir anlıq... Daha ətraflı

Balıq fermasında sakit istirahət
Balıq fermasında sakit istirahət
Kulinariya master-klasları

Balıq fermasında sakit istirahət

Zaqatalada səfərdə olarkən təbiətlə baş-başa qalmaq üçün yolunuzu balıq fermasından sala bilərsiniz. Burada keçirəcəyiniz bir... Daha ətraflı

Qəbələdə Lavanda tarlalarını ziyarət edin
Qəbələdə Lavanda tarlalarını ziyarət edin

Qəbələdə Lavanda tarlalarını ziyarət edin

Azərbaycanın şimal-qərbində kəşf edəcəyiniz Essenso lavanda plantasiyasının ətirli bənövşəyi tarlaları sizə müsbət enerji bəxş edib,... Daha ətraflı

Lakeside Garden – İsmayıllı
Lakeside Garden – İsmayıllı
Ailəvi istirahət

Lakeside Garden – İsmayıllı

Sevdiklərinizlə fərqli istirahət keçirmək, aqroekoturizm təcrübəsi yaşamaq üçün təbiət və tarix qoxan İsmayıllıda yeriniz hazırdır!... Daha ətraflı

Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Şəki

Tarixdən gələn ənənəvi hamam təcrübəsi

Bir vaxtlar Böyük İpək Yolunun üzərində yerləşən Şəki nəinki ipəkçilik diyarı olması ilə məşhurdur, həm... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun