Şəki dağlarınaat belində səyahət
Tarixi abidələri və füsunkar təbiəti ilə tanınan Şəkidə həm də aktiv istirahətdən zövq ala bilərsiniz. Şəkiyə səyahət zamanı unudulmaz və maraqlı təəssüratlarla ayrılacağınız macəralardan biri də at belində dağlara qalxmaq olacaq. Kiş kəndi yaxınlığında yerləşən istirahət mərkəzindən başlayan tur bir neçə istiqamətlərdə davam edir və siz bu marşrutların hər birini at belində qət etməklə Şəkinin təbiətini və qədim tarixini kəşf edə bilərsiniz.
Buradan haqqında əfsanələr dolaşan “Gələrsən-Görərsən” qalasına, Şəki xanlarının yay məskəsi olan Xan yaylağına, Qaynar şəlaləsinə, Baş Küngüt kəndinə at üstündə səfər edərkən yol boyu sizi izləyən mənzərələri seyr edəcək, dağ cığırlarından keçəcəksiniz. Səfərə başlamamışdan əvvəl məşq yürüşündə iştirak etməklə təlimçilərin tövsiyələri, təhlükəsizlik qaydaları ilə tanış ola bilərsiniz. At belində uzun səfərə çıxmaq istəməyənlər isə istirahət mərkəzinin ərazisində at sürə bilərlər. Turlara barədə məlumat almaq üçün Şəki Destinasiya Menecmenti Təşkilatı ilə əlaqə saxlaya bilərsiniz.
Ətraflı məlumat üçün:
Şəki Destinasiya Menecmenti Təşkilatı
[email protected]
Tel.: +99424 244 6095