ləvəngi və balqabaq plovumaster-klasları
Çayından tutmuş təndir çörəyinə qədər məşhur olan Lənkəran Azərbaycanın ən ləzzətli mətbəxə sahib guşələrindən biridir. Buranı ziyarət etməklə siz həm də Xəzər balığı və Hirkan meşələrindən toplanan balın dadına baxa bilərsiniz. Burada sizi dadlı yerli təamlar da gözləyir. Əlbəttə ki, toyuq, yaxud balıq ləvəngisi və boranı plovu kimi regionun brend halına gəlmiş ləzzətli təamları ilə də tanış ola biləcəksiniz. Hətta bir sıra yerli restoranlarda təşkil olunan master- klaslarda turistlərə bu təamların hər ikisini hazırlamağı öyrədirlər.
Master-klasları seçmək və sifariş vermək üçün Lənkəran Destinasiya Menecmenti Təşkilatı ilə əlaqə saxlayın.